"> ?>
Qeydiyyat:
Qeydiyyat 09.09.2025-ci il tarixdən 17.09.2025-ci il saat 18:00-dək aparılır.
Qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat üçün tələb olunan sənədlər
1. Təhsil haqqında sənədin (orta təhsili bitirənlər üçün tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli
2. Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
3. Hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti
4. 3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil
5. DİM müsabiqəsinin nəticələri
6. Sağlamlıq haqqında arayış
7. Təhsil haqqının ödəniş qəbzi
Sənədlər (tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom; hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqəsi; təhsil haqqı ödənişi qəbzi) https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərkən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” sistemində yüklənməlidir. Sənədlərin əsli 17 sentyabr 2025-ci il tarixədək Kollecin Tədris şöbəsinə verilməlidir.
Təhsil haqqı ödənişi üçün Kollecin bank hesab nömrəsi
Ünvan: Akademik H.Əliyev 135 A
VÖEN: 1504206421
Kapital Bank ASC-in Qara Qarayev filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200145
H/H :AZ67AIIB40060019440422748114
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK AIIBAZ2X
Əlavə suallarla bağlı Kollecin Qəbul Komissiyasına müraciət edə bilərsiniz.
|
S/S |
Məsul şəxs |
Əlaqə telefonu |
|
1 |
Paşa Məmmədov |
+99470 575 97 15 |
|
2 |
Leyla Salmanova |
+99455 868 24 28 |
Təhsil haqqından azadolmalar və güzəştlər
1.Dövlət büdcəsi hesabına:
1.1. Ödənişli əsaslarla əyani və qiyabi formada təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
1.2. Ödənişli əsaslarla əyani və qiyabi formada təhsil alan və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;
1.3. Ödənişli əsaslarla əyani və qiyabi formada təhsil alan və mövcud qanunvericiliyə əsasən şəhid ailəsinin üzvü hesab edilən (övladlar istisna) tələbələr;
1.4. Ödənişli əsaslarla əyani formada təhsil alan və mövcud qanunvericiliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya ona bərabər tutulan 23 yaşınadək tələbələr;
1.5. Ödənişli əsaslarla əyani və qiyabi formada təhsil alan və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış tələbələr;
2.Kollec hesabına
2.1. Bir ailənin 2 və daha çox övladı Kollecə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur)
2.2.Ən yüksək bal toplayaraq Avrasiya Kollecini seçənlər I tədris ilində təhsil haqqı ödənişindən tam azad olunacaq;
2.3.Semestri tam əla qiymətlərlə başa vuran təhsilalanlar növbəti semestrdə təhsil haqqı ödənişindən azad olunacaq;
Qeyd. Tələbənin https://portal.edu.az/ platformasında qeydiyyatı təsdiq olunduqdan sonra Kollecin https://baak.biz.ua/sform/login.php elektron ünvanında tələbə anketi üzrə məlumatları dolduraraq tamamlamalıdır.