"> ?> BAAK — BAAK-a II turdan qəbul olan tələbələrin qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı

Qeydiyyat:

Qeydiyyat 02.10.2025-ci il  tarixdən 09.10.2025-ci il  saat 18:00-dək aparılır.

Qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat üçün tələb olunan sənədlər

1. Təhsil haqqında sənədin (orta təhsili bitirənlər üçün  tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli

2. Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)

3. Hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti

4. 3×4 ölçüdə 4 ədəd  rəngli fotoşəkil

5. DİM müsabiqəsinin nəticələri

6. Sağlamlıq haqqında arayış

7. Təhsil haqqının ödəniş qəbzi

Sənədlər   (tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom; hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqəsi;  təhsil haqqı ödənişi qəbzi) https://portal.edu.az/ platformasında  qeydiyyatdan keçərkən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” sistemində yüklənməlidir. Sənədlərin əsli 17 sentyabr 2025-ci il tarixədək Kollecin Tədris şöbəsinə verilməlidir. 

  Təhsil haqqı ödənişi üçün Kollecin bank hesab nömrəsi

Ünvan: Akademik H.Əliyev 135 A

VÖEN: 1504206421

Kapital Bank ASC-in Qara Qarayev filialı

Bankın VÖEN-i: 9900003611

Kod: 200145

H/H :AZ67AIIB40060019440422748114

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. BİK AIIBAZ2X

 

Əlavə suallarla bağlı Kollecin Qəbul Komissiyasına müraciət edə bilərsiniz.

S/S

Məsul şəxs

Əlaqə telefonu

1

Paşa Məmmədov

+99470 575 97 15

2

Leyla Salmanova

+99455 868 24 28

 

Təhsil haqqından azadolmalar və güzəştlər

1.Dövlət büdcəsi hesabına:

1.1. Ödənişli əsaslarla əyani və qiyabi formada təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

1.2. Ödənişli əsaslarla əyani və qiyabi formada təhsil alan və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;

1.3. Ödənişli əsaslarla əyani və qiyabi formada təhsil alan və mövcud qanunvericiliyə əsasən şəhid ailəsinin üzvü hesab edilən (övladlar istisna) tələbələr;

1.4. Ödənişli əsaslarla əyani formada təhsil alan və mövcud qanunvericiliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya ona bərabər tutulan 23 yaşınadək tələbələr;

1.5. Ödənişli əsaslarla əyani və qiyabi formada təhsil alan və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış tələbələr;

2.Kollec hesabına

2.1. Bir ailənin 2 və daha çox övladı Kollecə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur)

2.2.Ən yüksək bal toplayaraq Avrasiya Kollecini seçənlər I tədris      ilində təhsil haqqı ödənişindən tam azad olunacaq;

2.3.Semestri tam əla qiymətlərlə başa  vuran təhsilalanlar növbəti semestrdə təhsil haqqı ödənişindən azad olunacaq;

Qeyd. Tələbənin https://portal.edu.az/ platformasında qeydiyyatı təsdiq olunduqdan sonra Kollecin https://baak.biz.ua/sform/login.php elektron ünvanında  tələbə anketi üzrə məlumatları dolduraraq tamamlamalıdır.