Bakı Avrasiya Kollecində Təhsil Tələbə Kredit Fondu ilə bağlı maarifləndirici görüş təşkil olunub. Görüşdə Təhsil Tələbə Kredit Fondunun nümayəndəsi, aparıcı mütəxəssis Hacıyeva Aygün iştirak edib.

Görüş zamanı tələbələrə dövlət tərəfindən təqdim olunan təhsil kreditləri, müraciət qaydaları, eləcə də mövcud güzəşt mexanizmləri barədə ətraflı və rəsmi məlumat verilib. Təqdimatda kreditlərin əldə olunması şərtləri, müraciət prosesinin mərhələləri və tələbələrin bu imkanlardan necə faydalana biləcəkləri izah olunub.

Tədbirin əsas məqsədi tələbələrin təhsil imkanları haqqında daha dolğun məlumatlandırılması, onların dövlət tərəfindən yaradılan dəstək mexanizmlərindən düzgün və səmərəli şəkildə yararlanmalarına şərait yaratmaq olub.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.