Bakı Avrasiya Kollecində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir.

İmtahan sessiyası 29 dekabr tarixindən etibarən başlanmış və 5 həftə müddətində keçirilməsi nəzərdə tutulmuşdur. Sessiya çərçivəsində imtahanlar iki növbəli şəkildə və yazılı formada təşkil olunur.

İmtahanların şəffaf, obyektiv və qaydalara uyğun şəkildə keçirilməsini təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bu qurumlar imtahan prosesinə nəzarətin həyata keçirilməsi, eləcə də yarana biləcək müraciətlərin operativ şəkildə araşdırılması üçün fəaliyyət göstərirlər.

İmtahan sessiyasının təşkilində əsas məqsəd tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini təmin etmək, tədris prosesinin keyfiyyətini daha da artırmaqdır.