Bakı Avrasiya Kollecində 20 Yanvar 36-cı faciəsinin ildönümü ilə əlaqədar əcnəbi tələbələr üçün açıq dərs təşkil olunmuş, 1990-cı ilin 20 Yanvar tarixində Azərbaycan xalqına qarşı törədilmiş qanlı hadisələr haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, həmin gün sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı ağır cinayətlər törədilmiş, çox sayda insan həlak olmuş və yaralanmışdır. Bu hadisə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin ən faciəli, eyni zamanda qəhrəmanlıq səhifələrindən biri kimi tarixə düşmüşdür.

Dərs zamanı əcnəbi tələbələrə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğu, bu günün ölkəmizdə Ümumxalq Hüzn Günü kimi qeyd olunduğu diqqətə çatdırılmışdır.

 Əsas məqsəd əcnəbi tələbələri Azərbaycanın müasir tarixi ilə tanış etmək, onlarda ölkəmizin tarix və milli dəyərləri haqqında daha dolğun təsəvvür formalaşdırmaq olmuşdur.