Bakı Avrasiya Kolleci və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şəxsi brendinqin gələcək karyerada rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Beyinix Marketinq Agentliyinin rəhbəri, “Zidd” kitabının müəllifi, təlimçi Orxan Şahbaz və marketinq meneceri Niyaz Məmmədzadə iştirak edərək tələbələrə şəxsi brendinqin formalaşdırılması, müasir əmək bazarında rəqabət üstünlüyünün əldə olunması və strateji şəbəkələşmənin karyera inkişafındakı rolu barədə ətraflı məlumat vermişlər.
Çıxışlar zamanı spikerlər şəxsi brendin düzgün qurulmasının peşəkar inkişaf və uğurlu karyera üçün vacib amillərdən biri olduğunu vurğulamış, bu istiqamətdə praktiki tövsiyələrini tələbələrlə bölüşmüşlər.
Tədbir çərçivəsində tələbələrin ünvanladıqları suallar cavablandırılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.