Bakı Avrasiya Kollecinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Kollec rəhbərliyi və əməkdaşları şəhidlərin əziz xatirəsini yad edərək məzarların üzərinə qərənfillər düzmüş, Azərbaycanın müstəqilliyi və xalqımızın qəhrəmanlığı uğrunda canlarını qurban vermiş şəhidlərə ehtiramlarını ifadə etmişlər.

Ziyarət zamanı kollektiv faciənin Azərbaycan xalqının tarixindəki qanlı izini bir daha vurğulanmış və gənc nəsillərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir.