“Ümumtəhsil və humanitar” fənn birləşmə komissiyasının müəllimi Azadə Nəzirovanın rəhbərliyi ilə “Kargüzarlıq və arxiv işi” ixtisası üzrə təhsilalanlarla maarifləndirici tədbir keçirilib. Tədbirin əsas mövzusu dünyanın inkişaf etmiş ölkələri ilə Azərbaycan arxivlərinin müqayisəsi olmuşdur.

   Tədbirdə əsas məqsəd arxivlərin cəmiyyət həyatındakı rolunu anlamaq, inkişaf etmiş ölkələrin arxiv sistemləri ilə Azərbaycan arxiv sahəsini müqayisə etmək və bu sahədə mövcud imkanları və inkişaf perspektivlərini müəyyənləşdirməkdir. Təhsilalanlar tədbir zamanı arxivlərin texnoloji imkanları, arxiv sistemlərinin strukturları və inkişaf meyarlarını interaktiv fikir mübadiləsi əsasında müzakirə etmişlər. Dünya miqyasında arxivlərin inkişafına dair müxtəlif təcrübələr və Azərbaycan arxiv sisteminin mövcud vəziyyəti müqayisəli şəkildə təqdim olunub.

   Tədbirdə Maliyyə-iqtisad şöbəsinin müdiri Anar Yusubov və Ümumtəhsil və humanitar fənn birləşmə komissiyasının sədri Samirə İsmayılova iştirak etmişlər.