Bakı Avrasiya Kolleci olaraq növbəti tələbə uğurumuzu sizinlə bölüşməkdən qürur duyuruq!
Kollecimizin I kurs, “Maliyyə işi” ixtisası tələbəsi Şikarova Səidə ”Aghayev Group Company”-də Satış Meneceri vəzifəsində işə qəbul olunub.
Tələbəmizin bu uğuru göstərir ki, düzgün təhsil və öz üzərində işləmək həvəsi ilə karyerada ilk addımları elə birinci kursdan atmaq mümkündür.
Biz tələbəmiz Səidəni təbrik edir, ona bu məsuliyyətli və perspektivli işində böyük uğurlar arzulayırıq!
Siz də öz yolunuzu təsadüfə buraxmayın! Planlayın, inkişaf edin və kollecimizlə birgə fərqlənin!