Bakı Avrasiya Kollecində subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı ilə bağlı maarifləndirici görüş keçirilib.

Görüşdə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimov, Bakı Avrasiya Universitetinin Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov iştirak edərək tələbələrə subbakalavrların ali təhsil müəssisələrinə keçid prosesi, qəbul imkanları və gələcək təhsil perspektivləri barədə ətraflı məlumat veriblər.

Bakı Avrasiya Kollecinin, həmçinin Bakı Avrasiya Universitetinin məzunu və hazırda kollecin əməkdaşı Vüsal Yusifbəyli keçdiyi təhsil və karyera yolundan, əldə etdiyi uğurlardan danışaraq tələbələrlə öz təcrübələrini bölüşüb.

Görüşün sonunda Bakı Avrasiya Kollecinin Maliyyə-iqtisad şöbəsinin müdiri Anar Yusubov tələbələrin ünvanladıqları sualları cavablandırıb, onları maraqlandıran mövzular ətrafında ətraflı məlumat verib.

Tədbirin əsas məqsədi tələbələrin gələcək təhsil istiqamətləri barədə məlumatlandırılması və onların ali təhsil müəssisələrinə keçid prosesinə  hazırlıqlı şəkildə yönləndirilməsi olub.