Bakı Avrasiya Kollecinin Maliyyə–İqtisad şöbəsinin müdir müavini Aygün Nuruyeva tərəfindən qrup nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı imtahan prosesinin gedişatı ilə bağlı mövcud vəziyyət müzakirə olunub, akademik məsləhətçilərin və qrup nümayəndələrinin səsləndirdiyi təkliflər dinlənilib. Həmçinin imtahan dövründə qarşıya çıxan çətinliklərin operativ həlli yolları və irəli sürülən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün əsas məqsədi imtahan prosesinin daha səmərəli təşkili, yaranan məsələlərin vaxtında həlli və tələbələrin akademik mühitinin daha da təkmilləşdirilməsi olub.