Bakı Avrasiya Kollecinin əməkdaşları  Azərbaycanın füsunkar güşələrindən biri olan Quba rayonuna səyahət edib.

   Tədris ilinin gərgin və məhsuldar iş qrafikindən sonra təşkil olunan bu gəzinti kollektivimizin asudə vaxtının səmərəli keçirilməsi, komanda ruhunun daha da gücləndirilməsi və işçilərimizin motivasiyasının artırılması məqsədini daşıyıb. Səyahət çərçivəsində kollektivimiz Qubanın tarixi və görməli yerləri ilə tanış olub, təbiətin qoynunda xoş və unudulmaz anlar yaşayıb.

 

     Bakı Avrasiya Kollecinin rəhbərliyinə kollektiv dəyərlərinin möhkəmləndirilməsinə və belə təşəbbüslərin həyata keçirilməsinə göstərdiyi diqqət və dəstəyə görə təşəkkürümüzü bildiririk.