26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Bakı Avrasiya Kollecində “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 

  Tədbirin qonağı klinik-psixoloq Heyran İbrahimova olub. Görüş zamanı rəqəmsal mühitdə narkotik vasitələrin təbliği və yayılması ilə bağlı mövcud risklər, gənclərin bu təhlükələrdən qorunması yolları, psixoloji dayanıqlığın artırılması və sağlam həyat tərzinin formalaşdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

 

   İnteraktiv müzakirə şəraitində keçən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

   Bakı Avrasiya Kolleci gənclərin sağlam, təhlükəsiz və məlumatlı cəmiyyətin üzvləri kimi formalaşmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsini davam etdirəcək.