22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin media nümayəndələrini, jurnalistləri və mətbuat sahəsində çalışan bütün peşəkarları səmimi-qəlbdən təbrik edirik.
Cəmiyyətin düzgün və operativ məlumatlandırılması, ictimaiyyətin obyektiv informasiyaya çıxışının təmin olunması, milli-mənəvi dəyərlərin təbliği və söz mədəniyyətinin inkişafında mühüm rol oynayan media əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayırıq.
Hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə uğurlar, yaradıcılıq nailiyyətləri və yeni uğurlar diləyirik.