Azərbaycan dili xalqımızın milli kimliyini, zəngin tarixini, mədəniyyətini və mənəvi irsini özündə yaşadan ən qiymətli sərvətlərimizdən biridir. Əsrlər boyu formalaşaraq inkişaf edən ana dilimiz xalqımızın milli yaddaşının qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Ana dilimizin qorunması, inkişaf etdirilməsi və saflığının təmin olunması hər birimizin vətəndaşlıq borcudur. Xüsusilə gənc nəslin Azərbaycan dilinə sevgi və hörmət ruhunda formalaşdırılması, onun düzgün və səlis şəkildə öyrənilməsi təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdəndir.
Azərbaycan əlifbasının və ana dilimizin hərtərəfli inkişafı milli-mənəvi dəyərlərimizin qorunmasına, milli kimliyimizin daha da möhkəmlənməsinə xidmət edir. Dilimizə göstərdiyimiz diqqət və qayğı, əslində, tariximizə, mədəniyyətimizə və gələcəyimizə olan münasibətimizin ifadəsidir.
Bu əlamətdar gün münasibətilə hər birinizi təbrik edir, ana dilimizin daim yaşamasını, inkişaf etməsini və gələcək nəsillərə zəngin irs kimi ötürülməsini arzulayırıq.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününüz mübarək!