Yeni tədris ili ilə bağlı qəbul prosesi çərçivəsində Bakı Avrasiya Kolleci 2026/2027-ci tədris ili üçün 11 illik orta təhsil bazasından subbakalavriat səviyyəsi üzrə tələbə qəbulu elan edir.

 İxtisas seçimi 28 avqust – 2 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.

Bakı Avrasiya Kolleci müasir təhsil mühiti, peşəkar müəllim heyəti və tələbəyönümlü yanaşması ilə gənclərin seçdikləri istiqamət üzrə bilik və bacarıqlar əldə etməsinə, gələcək karyeralarına uğurlu başlanğıc etməsinə şərait yaradır.

Kollecdə təhsil almaq istəyən abituriyentlərdən ixtisas seçimləri zamanı öz maraq və bacarıqlarını, gələcək karyera hədəflərini nəzərə almaları və seçimlərini diqqətlə müəyyənləşdirmələri tövsiyə olunur.

Hər bir abituriyentə ixtisas seçimində uğurlar arzulayırıq. Sizi BAAK ailəsinin bir üzvü kimi görməkdən məmnun olarıq!