Bakı Avrasiya Kollecində təkrar orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb.
Təhsilini davam etdirmək, yeni ixtisas əldə etmək və peşəkar inkişafına yeni istiqamət vermək istəyən şəxslər üçün yaradılan əlavə imkan çərçivəsində təkrar orta ixtisas təhsili üzrə qeydiyyat müddəti 4 sentyabr 2026-cı il saat 18:00-dək uzadılıb.
Bakı Avrasiya Kolleci müasir təhsil imkanlarından yararlanmaq, bilik və bacarıqlarını inkişaf etdirmək istəyən hər kəsi bu fürsətdən faydalanmağa dəvət edir.
Son qeydiyyat tarixi: 4 sentyabr 2026-cı il
Qeydiyyatın başa çatma vaxtı: saat 18:00
Gələcəyinizə yatırım etmək və yeni uğurlara doğru ilk addımı atmaq üçün bu fürsəti dəyərləndirin!