Bakı Avrasiya Kollecinə 2026/2027-ci tədris ili üzrə qəbul olan abituriyentlərin qeydiyyatı 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək həyata keçiriləcək.

Qəbul olan abituriyentlər qeyd olunan müddət ərzində my.gov.az elektron platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərdən qeydiyyat müddətini nəzərə almaları və elektron platforma üzərindən qeydiyyat prosesini vaxtında tamamlamaları xahiş olunur.

Bütün qəbul olan abituriyentlərə uğurlar arzulayır, onları Bakı Avrasiya Kollecində görməkdən məmnunluq duyuruq!