Elektron qeydiyyat üçün etdiyiniz müraciətə Bakı Avrasiya Kolleci tərəfindən müsbət cavab verildikdən sonra, tələb olunan sənədlərlə birlikdə kollecə yaxınlaşa bilərsiniz.
Qeydiyyat prosesinə dəstək göstərilməsi məqsədilə müəssisənin ərazisinə yalnız abituriyentlərin daxil olmasına icazə veriləcək.
Anket forması qeydiyyat zamanı kollecdə doldurulur.
Abituriyentlərdən qeydiyyat zamanı tələb olunan sənədləri özləri ilə gətirmələri və müəyyən olunmuş qaydalara riayət etmələri xahiş olunur.