20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik.

Dövlət suverenliyimiz və ərazi bütövlüyümüz xalqımızın milli iradəsinin, dövlətçilik ənənələrinin və müstəqillik tariximizin mühüm göstəricilərindəndir. Bu əlamətdar gün ölkəmizin müstəqilliyinin və suverenliyinin əhəmiyyətini bir daha vurğulamaq baxımından xüsusi önəm daşıyır.

Bu əlamətdar gün münasibətilə ölkəmizə möhkəm sülh, əmin-amanlıq, sabitlik və davamlı inkişaf arzulayırıq.