27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Bakı Avrasiya Kollecinin tələbələri bir sıra şəhid ailələri və qazilərlə birlikdə Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edən şəhid anası Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib.