Bakı Avrasiya Kollecində təhsil alan əcnəbi tələbələr üçün "Xocalı həqiqətləri" adlı tədbir keçirilib
Tədbirdə kollecdə təhsil alan əcnəbi tələbələr, tədris şöbəsinin müdiri və müəllim heyəti iştirak edib. "Daxili keyfiyyət təminatı və monitorinq" sektorunun müdiri Sevinc Burzuyeva açılış sözü olaraq: 31 il keçmısinə baxmayaraq, bu faciənin ağrı və acılarının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib. Tələbələrə Xocalı həqiqətlərinə dair video çarxlar, qısa metrajlı filmlər təqdim olunub. Tədbirin sonunda baş verən hadisələrlə bağlı tələbələrin fikirləri alınıb, bu faciənin dünyada tanıdılması ilə bağlı dövlət siyasətinin, imzalanmış sənədlərin əhəmiyyəti xatırladılıb.