Bakı Avrasiya Kollecində "20 Yanvar-Qan Yaddaşı" adlı anım tədbiri keçirilib. Tədbir BAAK-da təhsil alan əcnəbi tələblərin iştirakı ilə baş tutub. Tədbirdə çıxış edən Daxili Keyfiyyət Təminatı və Monitorinq sektorunun müdiri Sevinc Burzuyeva : 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür qeyd edərək, Azərabycan həqiqətlərinin bütün dünyaya tanıdılmasının əhəmiyyətindən söz açıb.
Tədbir boyunca tələbələr video-roliklər, qısa metrajlı filmlər izləyib və öz fikirlərini bölüşüblər.