Bakı Avrasiya Kollecinin "Vergi işi" ixtisası üzrə təhsil alan tələbələrin "Prime Financial Services" şirkətinin vergi müvəkkili və auditi Cavid Vəlizadə və Mahmud Abbasquluyev ilə görüşü baş tutub. İqtisadiyyat və idarəetmə FBK-nın müəllimi Vüsalə Bayramovanın təşəbbüsü ilə baş tuttan görüşdə tələbələr onları maraqlandıran bir sıra suallara- vergi işi üzrə karyera planlaması, yumşaq və texniki bacarıqalrın əldə olunması, bazar dəyəri və.s cavab tapıblar.