"> ?> BAAK — "28 May Müstəqillik Günü"nə həsr olunmuş mini-futbol turniri keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının , Bakı Avrasiya Universiteti (BAAU) Tələbə Gənclər Təşkilatının (TGT)  təşkilatçılığı ilə FunniFy Proqramı çərçivəsində 28 May Müstəqillik gününə həsr olunmuş fakültələr arası mini-futbol turniri keçirilmişdir. Turnir Xətai AZFAR MMC stadionlarında baş tutmuşdur. 

Qalib Komandalar: 

I yer - Net Blazers FC (BAAU - Əcnəbi tələbələrdən ibarət komanda)

II yer - BAAK PFC komandası (BAAK)

III yer - Avrasiya komandası (BAAU) 

Qalib komandalarımızın hər biri sertifikat, medallar və kubokla mükafatlandırılmışdırlar.

Növbəti layihələrimizdə iştirak edəcək hər bir tələbəmizə uğurlar arzu edirik!