• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatı və Bakı Avrasiya Kollecinin birgə  təşkilatçılığı ilə 8 Noyabr Zəfər  Gününə həsr olunmuş "Azərbaycan: Qalib dövlətin, məğrur xalqı" adlı layihə baş tutub. 

Qeyd: Bu layihə "100MİN" proqramı çərçivəsində həyata keçirilib.

Tədbirdə Nərimanov Rayon Ağsaqqallar Şürasının sədri,Vətən Müharibəsi Qəhrəmanı,Şəhid Azad Hümbətovun atası Arif Hümbətov, Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı Mütəllim Rəhimov, Bakı Avrasiya Kollecinin direktoru Aytən Hüseynova, şəhid ailə üzvləri,qazilər,Universitetin və Kollecin müəllim və tələbə heyəti iştirak edib. 

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin və Azərbyacanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı  Mütəllim Rəhimov giriş sözü ilə çıxış edərək qonaqları və bütün iştirakçıları salamlayaraq qeyd edib ki, böyük qələbəmizin memarı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımızı işıqlı gələcəyə aparan uğurlu siyasətindən danışdı, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizdən, qəhrəman qazi və əsgərlərimizdən söz açdı. 

Bakı Avrasiya Kollecinin direktor müavini Paşa Məmmədov çıxış edərək Azərbaycanı qələbəyə aparan bu şanlı tarixin məhz ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə başladığını vurğulayıb. Ulu öndərin davamçısı Müzəffər Prezidentimizin dəmir yumuruğu ətrafında birləşən qəhrəman xalqımız, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz öz vətənpərvərliyi ilə tariximizin şanlı səhifələrini gələcək nəsillərə örnək olduğunu qeyd edib. 

Azərbyacanın siyasi arenadakı mövqeyini, dünya ölkələri arasındakı çəkisini nə qədər yüksəltdiyindən söz açaraq, bu gün işğaldan azad olunan torpaqlarımızdakı quruculuq işlərindən bəhs edib və bir daha Azad Hümbətovun timsalında bütün şəhidlərimizin əziz xatirsi yad olunub. 

Tədbirə bədii hissə ilə yekun vurulub. 

Sonda xatirə şəkli çəkdirilib.